EN

Dondurmalar ləzzət eləmir...

ain.az, Adelet.az portalına istinadən məlumat yayır.

Bu ayın 12-dən  Bakıda havalar isti keçir. Ona görə də, əksər insanlar müxtəlif sulara və dondurmaya daha çox ehtiyac duyurlar. Xüsusilə də son bu iki gündə dondurma alanlar  çoxalıb.

Marketlərin birindən dondurma alan yeniyetmə Azər Əliyev deyir kı,  əmi dondurma aldım və yedim, mənə ləzzət eləmədi, çünki dadı yox idi. Amma ötən il bundan yaxşıydı. Özü də dondurmanı 2 manat 50 qəpiyə almışdım. Həm də bir qədər yumşaq idi.Əlbəttə , dondurma istehsalçıları keyfiyyətli məhsul hazırlamalıdır.

Amma çox vaxt belə olmur.Üstəlik də , əksər marketlər dondurmaların saxlanılması qaydalarına düzgün riayət etmirlər. Belə ki, onlar axşam market bağlananda soyuducuları söndürür və bir də səhər yandırırlar.Bu müddətdə isə dondurmalar ya əriyir, ya da boşalır. Ona görə də, bu məsələlər həm istehsalçıların, həm də satış mərkəzlərinin diqqətində olmalıdır!

Emil Faiqoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
1
adalet.az

2Sources