EN

"Real" FIFA-ya "hə" deyib

2030-cu ildə futbol üzrə dünya çempionatının finalı Madriddəki yenilənmiş "Santiaqo Bernabeu" stadionunda keçiriləcək.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın məşhur “Marca” nəşrinin baş redaktoru Xose Feliks Diaz məlumat paylaşıb.

Mənbənin məlumatına görə, “Real”ın prezidenti Florentino Peres və FIFA prezidenti Canni İnfantino ABŞ-da keçirilən klublararası dünya çempionatında görüşüb və mundialın əsas oyununun Madriddəki stadionda keçirilməsi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, 2030-cu ilin dünya çempionatı yayda İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Həmçinin Uruqvay, Argentina və Paraqvay da turnirin açılışında hərəyə bir oyuna ev sahibliyi edəcəklər. DÇ-2030 ilk dünya çempionatından düz yüz il sonra baş tutacaq.


Chosen
8
2
news24.az

3Sources