AZ

Real FIFA ya hə deyib

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2030-cu ildə futbol üzrə dünya çempionatının finalı Madriddəki yenilənmiş "Santiaqo Bernabeu" stadionunda keçiriləcək.

İdman.biz xəbər verir ki, bu barədə İspaniyanın məşhur “Marca” nəşrinin baş redaktoru Xose Feliks Diaz məlumat paylaşıb.

Mənbənin məlumatına görə, “Real”ın prezidenti Florentino Peres və FIFA prezidenti Canni İnfantino ABŞ-da keçirilən klublararası dünya çempionatında görüşüb və mundialın əsas oyununun Madriddəki stadionda keçirilməsi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, 2030-cu ilin dünya çempionatı yayda İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Həmçinin Uruqvay, Argentina və Paraqvay da turnirin açılışında hərəyə bir oyuna ev sahibliyi edəcəklər. DÇ-2030 ilk dünya çempionatından düz yüz il sonra baş tutacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
icma.az

3Mənbələr