EN

Avropa çempionatı: Azərbaycanın 5 boksçusu yarımfinalda - FOTO

Serbiyanın Novi Pazar şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin üzvlərindən 7-si qələbə qazanıb.
 
Boks Federasiyasının mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, boksçulardan ikisi 1/4 finala, beşi yarımfinala yüksəlib.
 
Yarımfinala vəsiqə qazanan boksçular özləri üçün azı bürünc medalı da təmin ediblər.
 
1/8 final
 
Əli Əliyev (48 kq) – Petar Trajçeski (Şimali Makedoniya) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)
 
Adil Zalov (70 kq) – Dord Andrijaseviç (Bosniya və Herseqovina) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28)
 
1/4 final
 
Məhəmməd Rəsulov (50 kq) – Georgi Sokolovç (Moldova) – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28)
 
Raul Heydərli (54 kq) – Mladen Stoyanoviç (Serbiya) – 4:1 (27:30, 29:28, 30:27, 29:28, 29:28)
 
Səfdər Məmmədzadə (+80 kq) – Aleksandr Oltean (Moldova) – azərbaycanlı boksçu ikinci raundda qalib gəlib
 
Cəmilə Muradlı (52 kq) – Nataşa Lukiç (Serbiya) – 4:1 (29:28, 29:28, 28:29, 30:27, 29:28)
 
Zəhra Məmmədova (54 kq) – Aysa Cepelyaç (Serbiya) – rəqib döyüşə gəlməyib
 
Qeyd edək ki, qitə birinciliyinə iyulun 16-da yekun vurulacaq.
Chosen
4
15
moderator.az

10Sources