EN

5 boksçumuz yarımfinalda - Avropa birinciliyi

Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.

"Football-plus.az" xəbər verir ki, yarış millimiz üçün uğurlu start götürüb.

İlk iki gündə boksçularımızdan 7-si qələbə qazanıb. Onlardan ikisi 1/4 finala yüksəldiyi halda, beşi yarımfinala yüksəlib. Yarımfinala vəsiqə qazanan boksçularımız özləri üçün azı bürünc medalı da təmin edib.

Avropa birinciliyi
1/8 final

Əli Əliyev (48 kq) - Petar Trajçeski (Şimali Makedoniya) - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)
Adil Zalov (70 kq) - Dord Andrijaseviç (Bosniya və Herseqovina) - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28)

1/4 final
Məhəmməd Rəsulov (50 kq) - Georgi Sokolovç (Moldova) - 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28)
Raul Heydərli (54 kq) - Mladen Stoyanoviç (Serbiya) - 4:1 (27:30, 29:28, 30:27, 29:28, 29:28)
Səfdər Məmmədzadə (+80 kq) - Aleksandr Oltean (Moldova) – boksçumuz ikinci raundda qalib gəlib
Cəmilə Muradlı (52 kq) - Nataşa Lukiç (Serbiya) - 4:1 (29:28, 29:28, 28:29, 30:27, 29:28)
Zəhra Məmmədova (54 kq) - Aysa Cepelyaç (Serbiya) – rəqib döyüşə gəlməyib

Qeyd edək ki, Avropa birinciliyinə iyulun 16-da yekun vurulacaq.

Chosen
5
15
football-plus.az

10Sources