Bakı, 12 iyul, AZƏRTAC
Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, ilk iki gündə Azərbaycan boksçularından 7-si qələbə qazanıb. Onlardan ikisi 1/4 finala yüksəldiyi halda, beşi yarımfinala adlayıb. Yarımfinala vəsiqə qazanan yığma üzvləri özləri üçün azı bürünc medalı da təmin ediblər.
Avropa birinciliyi
1/8 final
Əli Əliyev (48 kiloqram) – Petar Trajçeski (Şimali Makedoniya) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)
Adil Zalov (70 kiloqram) – Dord Andrijaseviç (Bosniya və Herseqovina) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28)
1/4 final
Məhəmməd Rəsulov (50 kiloqram) – Georgi Sokolovç (Moldova) – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28)
Raul Heydərli (54 kiloqram) – Mladen Stoyanoviç (Serbiya) – 4:1 (27:30, 29:28, 30:27, 29:28, 29:28)
Səfdər Məmmədzadə (+80 kiloqram) – Aleksandr Oltean (Moldova) – boksçumuz ikinci raundda qalib gəlib
Cəmilə Muradlı (52 kiloqram) – Nataşa Lukiç (Serbiya) – 4:1 (29:28, 29:28, 28:29, 30:27, 29:28)
Zəhra Məmmədova (54 kiloqram) – Aysa Cepelyaç (Serbiya) – rəqib döyüşə gəlməyib.
Qeyd edək ki, Avropa birinciliyinə iyulun 16-da yekun vurulacaq.