EN

Zelenskinin rusları məhv edin çağırışına Tramp reaksiya verəcək? AÇIQLAMA

ain.az bildirir, Sfera.az portalına istinadən.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin rusları məhv etməyə çağırdığına dair konkret əlamətlər ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyinə heç bir təsir göstərməyəcək”. 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və vətəndaşların işləri üzrə komitəsinin sədr müavini Viktor Vodolatski məlumat verib.

“Tramp və komandasının davranışında dəyişiklik olacaqmı? Mən nəyinsə dəyişəcəyinə şübhə edirəm”,– deyə Vodolatski bildirib. 

Onun sözlərinə görə, Tramp Ukrayna böhranının həlli zamanı ABŞ üçün sərfəli məsələlərin həllinə diqqət yetirməyə davam edəcək.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubioya Ukrayna prezidenti Zelenskinin və onun tərəfdaşlarının rusların məhv edilməsinin zəruriliyinə dair bir neçə sitat təqdim edib. Lavrov qeyd edib ki, Kiyev rus və rusdilli əhalinin bütün hüquqlarını boğmağa və bununla razılaşmayanları fiziki cəhətdən məhv etməyə çalışır.

Fidan Hacızadə

Sfera.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
sfera.az

2Sources