EN

Aparıcı mənə hörmətsizlik etdi

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Şair Cığatel İsaqızı ona hörmətsizlik edən aparıcıdan danışıb.

Axşam.az xəbər verir ki, o, aparıcının adını çəkmədən "Günə bax" verilişində bunları deyib:

"Bir dəfə məni verilişə dəvət ediblər. Təqdim etdilər ki, şair Cığatel İsaqızı. Sonra da bir nəfər sözyazan dəvət etdilər. Onu da şair kimi təqdim edirlər. Mənim yanımda ona təriflər deyir. Sakitcə baxıram. Onun üstündə tamaşaçılar dünyanı dağıtdı ki, sənin kimi adamın yanında necə tərifləyir? Vəziyyətdən çıxmaq üçün sakit dayanmışam.

Qəfildən qayıtdı ki, Cığatel şairdi? Nə cavab verim? Dedim ki, bilmirəım. Nəriman Həsənzadə deyir, sən şairsən.

Aparıcı böyük qüvvədir. Həmin aparıcının mənənviyyatı öldü".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
8
axsam.az

10Sources