AZ

"Aparıcı mənə hörmətsizlik etdi"

Şair Cığatel İsaqızı ona hörmətsizlik edən aparıcıdan danışıb.

O, aparıcının adını çəkmədən "Günə bax" verilişində bunları deyib:

"Bir dəfə məni verilişə dəvət ediblər. Təqdim etdilər ki, şair Cığatel İsaqızı. Sonra da bir nəfər sözyazan dəvət etdilər. Onu da şair kimi təqdim edirlər. Mənim yanımda ona təriflər deyir. Sakitcə baxıram. Onun üstündə tamaşaçılar dünyanı dağıtdı ki, sənin kimi adamın yanında necə tərifləyir? Vəziyyətdən çıxmaq üçün sakit dayanmışam. Qəfildən qayıtdı ki, Cığatel şairdir? Nə cavab verim? Dedim ki, bilmirəm. Nəriman Həsənzadə deyir, sən şairsən. Aparıcı böyük qüvvədir. Həmin aparıcının mənəviyyatı öldü".  (Axşam.az)

Seçilən
9
8
musavat.com

10Mənbələr