EN

Baş prokuror Nərimanovda vətəndaş qəbulu keçirdi

Baş prokuror Kamran Əliyev bu gün Bakı şəhəri Nərimanov rayon prokurorluğunun inzibati binasında Nərimanov rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

 

Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Qəbulda iştirak edən 52 nəfər vətəndaşın müraciətləri ilə bağlı konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatlar araşdırılıb.

 

Bu zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Chosen
18
28
senzor.az

10Sources