EN

Yalnız 10 milyon ödəyənlərə vətəndaşlıq verilsin! - Rusiyada qalmaqallı təklif

Rusiya Federasiyasında vətəndaşlığın yalnız 10 milyon vergi ödəyənlərə verilməsi təklif edilib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Dövlət Dumasının deputatı Sardana Avksentyeva daxili işlər naziri Vladimir Kolokoltsevə məktub ünvanlayıb. O, məktubda miqrantlara vətəndaşlıq almaq üçün əlavə şərt təqdim etməyi təklif edib. Təklifə əsasən, miqrantlar Rusiyada qaldıqları bütün dövr üçün ən azı 10 milyon rubl məbləğində vergi ödəməlidirlər.

Deputat hesab edir ki, vətəndaşlıq verilməsinin mövcud sistemində miqrantların ölkənin inkişafına iqtisadi töhfəsi nəzərə alınmır. Bu da federal büdcə və sosial infrastruktur üçün əlavə risklər yaradır.

Parlamentari əmindir ki, belə bir tədbir miqrantları Rusiyada əmək və digər fəaliyyətlərini qanunvericiliyə uyğun olaraq həyata keçirməyə həvəsləndirəcək, həm də dövlət büdcəsinə əlavə vergi daxilolmaları təmin edəcək.

Chosen
100
26
publika.az

10Sources