EN

"Bornmut" Kepanı "Çelsi"nin qapıçısı ilə əvəzləyəcək

İngiltərə Premyer Liqası təmsilçisi “Bornmut” qapı xəttini gücləndirir.

90deqiqe.Az xəbər verir ki, “çilənmişlər” “Çelsi”nin qapıçısı Corce Petroviçin transferi üçün London klubu ilə razılığa gəlib.

25 yaşlı qolkiperin keçidi “Bornmut”a 30 milyon avroya başa gələcək. Serbiyalının “Çelsi” ilə mövcud müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədə olsa da, onun artıq yeni komandaya keçidi praktiki olaraq tamamlanıb. Transfermarkt portalı da futbolçunun bazar dəyərini məhz bu məbləğdə qiymətləndirir.

Qeyd edək ki, Petroviç geridə qalan mövsümdə “Çelsi”nin Fransadakı qardaş klubu “Strasburq”un heyətində çıxış edib. “Bornmut” isə ötən mövsüm qapı xəttində Kepa Arrisabalaqaya etibar etmişdi. İspan qapıçı “Çelsi”dən icarə əsasında komandanın heyətində yer almış, bu yay isə “Arsenal”a keçmişdi.

Chosen
20
90deqiqe.az

1Sources