Moskva “Dinamo”su Bəxtiyor Zaynutdinovun transferini nəzərdən keçirib.
Publika.az xəbər verir ki, “RB Sport”un məlumatına görə, “ağ-göylər” sol cinah müdafiəçisi üçün “Beşiktaş”a 2 milyon avro təklif ediblər.
Lakin bu məbləğ Türkiyə klubunu qane etməyib. “Beşiktaş”ın Zaynutdinov üçün 4 milyon avrodan başlayan təklifləri nəzərdən keçirməyə hazır olduğu iddia edilir .