Fransa prokurorları milyarder Elon Maska məxsus olan "X" şirkətinə qarşı cinayət işi açıb.
Paralel.az APA-ya istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkə platformasının alqoritmlərinin dəyişdirilərək xarici müdaxilələr üçün açıq vəziyyətə gətirilməsidir.
Fransa mətbuatına əsasən, hazırda hüquq-mühafizə orqanları ölkədə X istifadəçilərinə məxsus məxfi məlumatların yad qüvvələr tərəfindən əldə edilib-edilmədiyini araşdırır.
Qeyd edək ki, cari ilin yanvar ayında Fransa daxil olan şikayətlər əsasında X platformasının ölkə qanunlarını pozması ilə əlaqədar olaraq araşdırma aparmışdı.