1999-2001-ci illərdə İsrail hökumətinə rəhbərlik etmiş Ehud Barak “Bild” nəşrinə danışıb. O, İrana hücumda İsrailin qarşıya qoyulan məqsədlərinə çatmadığını düşünür.
"İki əsas məqsədə tam nail olunmayıb. İranın hərbi nüvə proqramı ciddi zədələnib, lakin tamamilə məhv edilməyib. İran əhəmiyyətli texniki təcrübəyə və təxminən 400 kiloqram zənginləşdirilmiş urana malik [nüvə silahı yaratmaq] astanasında olan güc olaraq qalır", - Ehud Barak deyib.
Barakın sözlərinə görə, İranın nüvə silahı əldə etməsi üçün məsafə çoxlarının güman etdiyindən də qısadır.
O, hesab edir ki, İran raket və buraxılış qurğuları istehsal etmək üçün fundamental imkanlarını itirməyib.
Barak ehtiyat edir ki, gələcək ssenarilərdən biri İranın gözlənildiyindən daha sürətlə nüvə gücünə çevrilməsidir.
QAZİLER.AZ