EN

Cəlilabadda 3 otaqlı evYANDI

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində C. Həşimova məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evdə qəfildən yanğın başlayıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində evin 88 m² sahəsi və əşyaları yanıb. Yanğının elektrik naqillərdə yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Chosen
11
9
redaktor.az

10Sources