İtaliyanın "Roma" klubu qapıçısı Mile Svilar ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verrir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı serbiyalı futbolçunun yeni sözləşməsi 2030-cu ilin yayınadək nəzərdə tutulub.
Qolkiper 2024/2025 mövsümündə A Seriyasında 16 matçda qapısını toxunulmaz saxlayıb. "Canavarlar" 2025-ci ildə 11 qarşılaşmada qol buraxmayıb, bu da Avropanın Top-5 çempionatında ən yüksək göstəricidir.
Mile Svilar mövsümün sonunda A Seriyasının ən yaxşı qapıçısı seçilib. 2022-ci ildən "Roma"da çıxış edən oyunçu ümumilikdə 88 görüşdə meydanda olub.