EN

Qadına nalayiq hərəkətlər edən şöbə müdiri ilə bağlı - Qərar

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Fəxrəddin Quliyev vəzifəsindən azad olunub.

Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, o, xidməti kabinetində qadına qarşı nalayiq hərəkətlər etdiyinə görə cəzalandırılıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılandan sonra xəstəxana rəhbərliyi şöbə müdirini işdən uzaqlaşdırıb.

Hazırda videonun hansı şəraitdə və kimin çəkdiyi araşdırılır.

Chosen
18
7
axar.az

10Sources