Ermənistanın baş naziri Nikol Paşinyan və hakim “Mülki Müqavilə” partiyasının yüksək vəzifəli şəxsləri Gorusdadır.
Musavat.com erməni mediasına istinadən bildirir ki, sabah onların iştirakı ilə burada iclas keçiriləcək.
Məlumata görə, bu saatlarda da Gorusda toplantı keçirilir. Maraqlıdır ki, toplantıda müdafiə naziri Suren Papikyan, iqtisadiyyat naziri Gevorq Papoyan, xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digər rəsmi şəxslər də iştirak edir.
Musavat.com