EN

Zelenski: ABŞ-dan silah tədarükü yenidən başladı

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan silah tədarükünün bərpa olunduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Pentaqonun bəzi döyüş sursatlarının daşınmasını dayandırdığı bildirilsə də, ABŞ prezidenti Donald Tramp məsələdən xəbərinin olmadığını bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Xarkov şəhərinə endirdiyi hava hücumunda doğum evinin hədəf alındığını və içəridə olan bir neçə nəfərin yaralandığını bildirib.

Zelenski Telegram hesabında yazdığı paylaşımda rusların bu gün ölkəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bildirib.

Xarkov şəhərindəki hücumda 9 nəfərin yaralandığını bildirən Zelenski doğum evinin də hədəf alındığını və oradakı “bir neçə nəfərin” yaralandığını qeyd edib.

"Yaralananlar arasında doğum evində olan qadınlar da var. Doğuş edən və əməliyyat olunan qadınlar var", - Zelenski mesajında ​​bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
20
1
turkustan.az

2Sources