EN

Prorektor işdən çıxarıldı

Mingəçevir Dövlət Universitetinin (MDU) elmi işlər üzrə prorektoru Veysəl Əyyubov vəzifəsindən azad olunub.

Modern.az Teleqraf-a istinadən xəbər verir ki, o, işdən çıxmaqla bağlı ərizə yazıb.

Prorektorun ərizəsi qəbul edilib.

Həmin vəzifəyə hələlik yeni təyinat olmayıb.

Qeyd edək ki, Veysəl Əyyubov 2015-ci il sentyabr ayından MDU-nun elmi işlər üzrə prorektoru işləyirdi.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci il aprelin 9-da imzaladığı sərəncamla Anar Eminov MDU-nun rektoru təyin edilib.

Chosen
15
4
modern.az

5Sources