EN

Region yenə qarışa bilər: İrandan qərar gözlənilir – FOTO

  İran hava məkanının tam açılmaması bölgə siyasi və hərbi qeyri-müəyyənlik yaradır. Bəzi ekspertlər, xüsusilə İsrailin növbəti hücum ehtimalının hələ də mövcud olduğunu bildirirlər. Bu da Tehranın ehtiyatlı davranmasına səbəb olur. Bildirilir ki, hava məkanının bağlı qalması, İranın təhlükəsizlik və diplomatik vəziyyətinin tam stabilləşmədiyini göstərir. Mütəxəssislərin fikrincə, Tehran təhlükə aradan qalxmadığı müddətdə gözlənilən addımı atmayacaq.

İran hava məkanı niyə hələ də tam açılmayıb?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, hava məkanının qapalı qalmasının əsas səbəbi ölkədə daxili və siyasi sabitliyin tam təmin edilməməsidir:

“Hətta bu gecə İranın daxilində Qüds qüvvələri ilə SEPAH arasında atışmalar və qarşıdurmalar baş verib. İddialara görə, İran Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi öldürülüb. İki ölkə arasında atəşkəsə dair konkret yazılı razılaşma yoxdur, yalnız şifahi anlaşma var. Təl-Əviv dəfələrlə Tehranı təhdid edərək, Suriyada hava məkanının açıq saxlanılmasını tələb edib. Bu, istənilən vaxt İrana qarşı hava əməliyyatı həyata keçirməyə imkan yaradır”.

Politoloq bildirib ki, İsrailin İrana hücum etmək ehtimalı hələ də mövcuddur:

“Bununla yanaşı, İran nüvə danışıqları masasına oturmur və bu, qeyri-müəyyənliyin davam etdiyini göstərir. Vaşinqtonlar nüvə danışıqlarında müəyyən irəliləyişlər əldə olunarsa, hava məkanı açıla bilər. Lakin bundan əvvəl Tehran ABŞ-dan və dolayısı ilə İsraildən təminat almalıdır”.


hava
“Flightradar”dan görüntü  

Chosen
21
referans.az

1Sources