EN

Azərbaycanla sərhəddə içməli sudan zəhərlənənlərin sayı artdı

Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Məhərrəmkənd rayonunda kəskin bağırsaq infeksiyasının yayılması nəticəsində zərər çəkənlərin sayı 372 nəfərə çatıb. Onlardan 357-si uşaqdır.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı respublikanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, hazırda 91-i uşaq olmaqla 97 nəfər stasionar şəraitdə qastroenterit diaqnozu ilə müalicə alır.

O da vurğulanır ki, son sutka ərzində 23 uşaq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, iyulun 7-də Dağıstanın beş yaşayış məntəqəsinin - Məhərrəmkənd, Kuysun, Gilar, Qaptsax və Yuxarı Tahirkənd sakinlərində bağırsaq infeksiyası halları aşkar edilib. Faktla bağlı epidemioloji araşdırmalara başlanılıb. İlkin məlumata görə, zəhərlənmə infeksiyanın su vasitəsilə ötürülməsi ilə bağlıdır.
Chosen
54
sherg.az

1Sources