EN

Aİ əhalisi 2025-ci ildə 450,4 milyona çatıb - Eurostat

BAKI, TurkicWorld

Avropa İttifaqına üzv olan ölkələrin əhalisi 450 milyonu keçib.

TurkicWorld xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) tərəfindən açıqlanan rəsmi məlumatlara görə, Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin ümumi əhalisi 2025-ci ilin əvvəlində 450,4 milyon nəfərə çatıb.

Bu rəqəm 2024-cü ilin əvvəli ilə müqayisədə 1,1 milyon nəfər artım deməkdir.

Əhali sayına görə Aİ-nin lider ölkəsi 83,6 milyon nəfərlə Almaniyadır. Onu 68,6 milyonla Fransa, 58,9 milyonla İtaliya, 49,1 milyonla İspaniya və 36,5 milyonla Polşa izləyir. Ən az əhalisi olan ölkələr isə 574 min nəfərlə Malta və 681 min nəfərlə Lüksemburqdur.

Qeyd edək ki, Aİ-də əhali artımı əsasən COVID-19 pandemiyasından sonrakı miqrasiya axını ilə əlaqələndirilir. Beləliklə, 2021-ci ildən sonra Aİ əhalisi dörd il ardıcıl olaraq artmaqdadır.

Chosen
27
7
turkic.world

10Sources