EN

Azərbaycan klubu argentinalı müdafiəçi ilə DANIŞIQ APARIR

“Sumqayıt” transfer çalışmalarını davam etdirir. 

Bizim.Media xəbər verir ki, “kimyaçılar” heyətini argentinalı müdafiəçi ilə gücləndirə bilər.
 

Premyer Liqa təmsilçisi “Arsenal”ın (Sarandi) futbolçusu Abel Amaya ilə yaxından maraqlanır.
Sağ cinah müdafiəçinin “Sumqayıt”a keçib-keçməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək. O, 2025-ci il dekabrın 31-nə qədər “Arsenal”a məxsusdur. 


Qeyd edək ki, Amaya “San Telmo” və “Banfild”II klublarında da oynayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
23
bizim.media

1Sources