Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl PKK terror təşkilatının tərki-silah olunması ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, o, prosesə dəstək verdiklərini bildirərək, bu məsələnin şəffaf şəkildə və geniş ictimai razılıq əsasında aparılmasının vacibliyini vurğulayıb.
“Sülhün tərəfindəyik. Ölkəmizə ağır itkilər yaşadan terrorun birdəfəlik sona çatması ortaq istəyimizdir”, – Ö. Özel qeyd edib.