"Karvan" növbəti transferini reallaşdırıb.


Rekord.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayev ilə 1 illik müqavilə imzalanıb.


Qeyd edək ki, "Karvan" 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutaraq Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.