Sabunçu rayonunda keçirilən növbəti əməliyyat zamanı 1986-cı il təvəllüdlü E. Səmədov tutulub. Ondan 10 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məluamt verilib.
Belə ki, E Səmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.