EN

39 yaşlı Ceko bu klubda oynayacaq

Ötən mövsümü "Fənərbağça"nın heyətində keçirən Edin Ceko özünə yeni klub tapıb.

Gundem.az xəbər verir ki, İtaliyanın "Fiorentina" klubu futbolçunun transferini açıqlayıb.

39 yaşlı uldula 1 illik müqavilə bağlanıb.

Edin "Fənərbağça"nın heyətində 53 oyunda 21 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Karyerası ərzində isə "Volfsburq", "Mançester Siti", "Roma" və "İnter" kimi klubların şərəfini qoruyub.

Chosen
17
2
gundem.az

10Sources