EN

O özünü super lider kimi göstərmək istəyir

ain.az, Sfera.az portalına istinadən məlumat yayır.

Almaniya kansleri Fridrix Mersin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı bəyanatlar və Ukraynaya reparasiyaların ödənilməsinə dair çağırışları onun özünü Avropanın “super lideri” kimi göstərmək cəhdidir.

Sfera.az bildirir ki, bu fikirləri “Qazeta.Ru”ya açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin birinci sədr müavini Vladimir Cabarov səsləndirib.

“Görünür, Mers özünü Avropanın superlideri hesab edir, amma bunun üçün heç bir əsas yoxdur. Onun bu cür qalmaqallı bəyanatları nə Almaniya ordusunun gücünə, nə də silah potensialına əsaslanır. Bütün bunlar sadəcə olaraq Almaniyanın Birinci və İkinci dünya müharibələrindəki utancverici məğlubiyyətlərinin əvəzini Rusiyadan çıxmaq istəyindən irəli gəlir”, – deyə Cabarov vurğulayıb.

O bildirib ki, Almaniya kansleri Rusiyadan Ukraynanın bərpası üçün vəsait tələb etməzdən əvvəl, ölkəsinin İkinci Dünya müharibəsindən sonra SSRİ-yə nə qədər reparasiya ödədiyini xatırlamalıdır.

Xatırladaq ki, Fridrix Mers İtaliyanın paytaxtı Romada Ukraynanın bərpasına dair keçirilən beynəlxalq konfransda Rusiya rəhbərliyinə müraciətlə çıxış edib. Alman siyasətçinin Moskva və Prezident Putinə ünvanladığı bəyanatı qısa olub: “Biz təslim olmayacağıq”.

Bundan əlavə, o qeyd edib ki, Rusiya Ukraynaya “maddi zərərə görə” 500 milyard avro ödəməlidir. Mersin fikrincə, bu ödəniş baş tutmadığı təqdirdə Moskvanın dondurulmuş aktivlərinə çıxışı olmamalı və olmayacaq.

İnci

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
sfera.az

2Sources