2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 1600.7 kq qızıl, 1941.4 kq isə gümüş istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 59.5%, gümüş istehsalı isə 12.9% artıb.
Qeyd edək ki, 2025-ci il iyul ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 196.4 kq və 584.6 kq təşkil edib.