AZ

Azərbaycanda 6 ayda 1600 kq-dan çox qızıl istehsal edilib

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 1600.7 kq qızıl, 1941.4 kq isə gümüş istehsal edilib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 59.5%, gümüş istehsalı isə 12.9% artıb.

Qeyd edək ki, 2025-ci il iyul ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 196.4 kq və 584.6 kq təşkil edib. (Apa)

Seçilən
3
4
fed.az

5Mənbələr