EN

Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək komandalar məlum olub

Bakı, 11 iyul, AZƏRTAC

Yeni mövsümdə Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək basketbol komandaları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, ölkə çempionatının gümüş mükafatçısı "Neftçi" mübarizəyə birbaşa müntəzəm mövsümdən başlayacaq.

Azərbaycan Basketbol Liqasında 4-cü yeri tutan "Abşeron" isə müntəzəm mövsümdə iştirak hüququ əldə etmək üçün təsnifat oyunları keçirəcək.

Qeyd edək ki, hər iki təmsilçimizin rəqibləri iyulun 23-də Almaniyanın Münhen şəhərində təşkil olunacaq püşkatma mərasimində bəlli olacaq.

 

Chosen
19
1
azertag.az

2Sources