Bakı. Trend:
Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqivə təhlili şöbəsi tərəfindən 2025-ci ilin ikinci rübü (aprel, mayvə iyun ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarındayayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.
Qurumdan Trend-ə verilən məlumata görə, statistikaya əsasən,açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdəolmuş proqramların janr bölgüsü belə olub:
- 24,5% - informasiya və analitik proqramlar
- 16,4% - musiqi və əyləncəli proqramlar
- 15,8% - idman proqramları
- 12,0% - bədii filmlər və seriallar
- 11,8% - reklam məzmunlu materiallar
- 8,3% - mədəni-maarif janrında proqramlar
- 3,6% - anonslar, elanlar
- 3,3% - sosial proqramlar
- 2,3% - sənədli film və materiallar
- 1,1% - sosial çarxlar
- 0,9% - uşaq proqramları və cizgi filmləri