2025-ci ilin ikinci rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.Metbuat.az xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib. Statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü aşağıdakı kimidir:24,5% - informasiya və analitik proqramlar16,4% - musiqi və əyləncəli proqramlar15,8% - idman proqramları12,0% - bədii filmlər və seriallar11,8% - reklam məzmunlu materiallar8,3% - mədəni-maarif janrında proqramlar3,6% - anonslar, elanlar3,3% - sosial proqramlar2,3% - sənədli film və materiallar1,1% - sosial çarxlar0,9% - uşaq proqramları və cizgi filmləri