EN

25 yaşlı hindistanlı tennisçi pula görə atası tərəfindən güllələndi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hindistanlı tennisçi 25 yaşlı Radhika Yadav ailədaxili münaqişə zəminində öz atası tərəfindən güllələnərək öldürülüb.

Oxu.Az bu barədə Hindistan mediasına istinadla xəbər verir.

Üç güllə yarası alan Radhika xəstəxanaya ağır vəziyyətdə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə əsas motiv məişət münaqişələri olub. Atanın qızının sosial şəbəkələrdə aktivliyi və tez-tez qısa videolar paylaşmasından narazı qaldığı qeyd olunur.

Lakin istintaqçılar hadisənin kökündə daha dərin problem dayandığını bildiriblər. Belə ki, Radhikanın öz tennis akademiyasını müstəqil şəkildə idarə etməsi, atasının isə onun gəlirlərindən asılı olması ailədə uzunmüddətli narazılığa səbəb olub.

Bundan əlavə, qohumlar və qonşuların atasını bu asılılıq üzündən ələ salması vəziyyəti daha da gərginləşdirib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
oxu.az

2Sources