EN

Əmrah Həsənli: "QHT.az QHT sektorunun gündəmini formalaşdırmaqda müstəsna rol oynamışdır"

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli QHT.az saytının 10 illik yubileyi ilə bağlı təbrik edib: 

"Hörmətli Cəsarət müəllim,

Qht.az saytının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Sizi və dəyərli komandanızı ürəkdən təbrik edirəm. On il ərzində QHT.az ölkəmizdə vətəndaş cəmiyyətinin səsinin çatdırılmasında, QHT sektorunun gündəmini formalaşdırmaqda və ictimaiyyətlə sağlam informasiya körpüsü qurmaqda müstəsna rol oynamışdır. Saytınız peşəkar mövqeyi, obyektivliyi və vətənpərvər yanaşması ilə daim seçilmiş, bu sahədə fəaliyyət göstərən qurumlar üçün etibarlı platformaya çevrilmişdir.

Bu əlamətdar yubiley münasibətilə Sizə və bütün kollektivinizə gələcək fəaliyyətinizdə davamlı uğurlar, cəmiyyətə xidmət yolunda daha böyük nailiyyətlər və möhkəm sağlamlıq arzulayıram. Əminəm ki, qarşıdakı illərdə də Qht.az ölkəmizin ictimai həyatında mühüm rol oynamaqda davam edəcək"

 

Chosen
9
qht.az

1Sources