EN

Karvan ın yeni transferi: Onların dəstəyi bizə vacibdir

ain.az, sport24.az saytına istinadən bildirir.

"Ötən mövsüm bitməmiş menecerimlə "Karvan" haqda söhbətləşirdik. Daha sonra klubdan təklif aldım". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan"ın yeni transferi Süleyman Əhmədov deyib.26 yaşlı müdafiəçi yeni klubu haqda danışıb:"Karvan"ı seçməyimə əsas səbəb illər sonra Premyer Liqaya qayıdan komandanın bir parçası olmaqdır. Komandaya faydalı olmağa çalışacam. İllər sonra "Karvan"ın elitaya qayıtması hamı üçün, xüsusilə yevlaxlı azarkeşlər üçün bayram olacaq. Onların dəstəyi bizə vacibdir. Heyətin yenidən formalaşması zaman alacaq. Bunun üçün biz yerli futbolçular legionerlərimizə dəstək olmalıyıq. Daha istəkli komanda yaratmaq istəyirik. Bunu bacaracağımıza inanıram".Qeyd edək ki, "Karvan" 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
sport24.az

2Sources