AZ

"Karvan"ın yeni transferi: "Onların dəstəyi bizə vacibdir"

"Ötən mövsüm bitməmiş menecerimlə "Karvan" haqda söhbətləşirdik. Daha sonra klubdan təklif aldım".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Karvan"ın yeni transferi Süleyman Əhmədov deyib.

26 yaşlı müdafiəçi yeni klubu haqda danışıb: "Karvan"ı seçməyimə əsas səbəb illər sonra Premyer Liqaya qayıdan komandanın bir parçası olmaqdır. Komandaya faydalı olmağa çalışacam. İllər sonra "Karvan"ın elitaya qayıtması hamı üçün, xüsusilə yevlaxlı azarkeşlər üçün bayram olacaq. Onların dəstəyi bizə vacibdir. Heyətin yenidən formalaşması zaman alacaq. Bunun üçün biz yerli futbolçular legionerlərimizə dəstək olmalıyıq. Daha istəkli komanda yaratmaq istəyirik. Bunu bacaracağımıza inanıram".

Qeyd edək ki, "Karvan" 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb.

İdman.biz

Seçilən
1
1
idman.biz

2Mənbələr