EN

Fransada bu qədər insan yoxsulluq içində yaşayır say açıqlandı

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kontinental Fransada 9.8 milyon insan yoxsulluq içində yaşayır.

Milli.Az xəbər verir ki, bu ilin iyulun 7-də Fransanın İqtisadi Araşdırmalar və Statistika Milli İnstitutu Fransada yoxsulluqla bağlı 2023-cü ilin statistikanı dərc edib.

Statistikaya əsasən, təxminən 650 000 insan cəmi bir il içində yoxsulluq vəziyyətinə düşüb. Belə ki, 1996-cı ildən bəri bu ən yüksək göstəricidir.

Sənəddə deyilir ki, faiz nisbətində 2022-ci ildə yoxsulluq 14.4% təşkil edirdisə, 2023-cü ildə bu rəqəm artıq 15.4% təşkil edir: "Bu, həm rekord artım, həm də ümumiyyətlə rekord göstəricidir".

Statistikada o da deyilir ki, bərabərsizlik göstəriciləri də pisləşib. Fransa əhalisinin ən varlı 20%-i ən kasıb 20%-dən 4.5 dəfə çox gəlir əldə edib ki, bu da son 30 ildə rekord göstəricidir.

Özündə 37 milli həmrəylik assosiasiyanı birləşdirən Alerte təşkilatının sədri Delphine Rouilleault statistikaya münasibət bildirib. O qeyd edib ki, bu dözülməz və dramatik göstəricidir.

"2023-cü ildə hər altıncı fransız yoxsulluq içində olub", - o əlavə edib.

Qeyd edək ki, hazırda Fransada yoxsulluq indeksi orta aylıq gəlirin 60%-ni təşkil edir. Bu rəqəm 1288 avrodur.  /APA

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
7
news.milli.az

8Sources