ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kontinental Fransada 9.8 milyon insan yoxsulluq içində yaşayır.
APA “Le Monde”yə istinadən xəbər verir ki, bu ilin iyulun 7-də Fransanın İqtisadi Araşdırmalar və Statistika Milli İnstitutu Fransada yoxsulluqla bağlı 2023-cü ilin statistikanı dərc edib.
Statistikaya əsasən, təxminən 650 000 insan cəmi bir il içində yoxsulluq vəziyyətinə düşüb. Belə ki, 1996-cı ildən bəri bu ən yüksək göstəricidir.
Sənəddə deyilir ki, faiz nisbətində 2022-ci ildə yoxsulluq 14.4% təşkil edirdisə, 2023-cü ildə bu rəqəm artıq 15.4% təşkil edir: “Bu, həm rekord artım, həm də ümumiyyətlə rekord göstəricidir”.
Statistikada o da deyilir ki, bərabərsizlik göstəriciləri də pisləşib. Fransa əhalisinin ən varlı 20%-i ən kasıb 20%-dən 4.5 dəfə çox gəlir əldə edib ki, bu da son 30 ildə rekord göstəricidir.
Özündə 37 milli həmrəylik assosiasiyanı birləşdirən Alerte təşkilatının sədri Delphine Rouilleault statistikaya münasibət bildirib. O qeyd edib ki, bu dözülməz və dramatik göstəricidir.
“2023-cü ildə hər altıncı fransız yoxsulluq içində olub”, - o əlavə edib.
Qeyd edək ki, hazırda Fransada yoxsulluq indeksi orta aylıq gəlirin 60%-ni təşkil edir. Bu rəqəm 1288 avrodur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.