"Kəpəz" daha bir futbolçunun keçidini rəsmiləşdirib.


Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi Burkina Fasodan olan Adama Fofana ilə müqavilə imzalayıb.


O, azad agent kimi "sarı-göylər"ə keçib. 25 yaşlı cinah müdafiəçisi son olaraq Türkiyədə "Adanaspor"un formasını geyinib.


Adama Fofana Fransada "Dijon", İsveçdə "Verberq"in uğurları üçün çalışb.