EN

Bu ölkədə 25 milyondan çox uşaq məktəbdən kənarda qalıb

Pakistan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) tərəfindən yayımlanan birgə hesabat ölkədə təhsil sahəsində ciddi böhranın yaşandığını ortaya qoyub.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, 5–16 yaş arası təxminən 25.37 milyon uşaq məktəbə getmir. Bu, regionda ən yüksək göstəricilərdən biri olmaqla yanaşı, təhsilə çıxışda bərabərsizlik, yoxsulluq və infrastruktur çatışmazlığı kimi problemləri bir daha gündəmə gətirib.

Ekspertlər vəziyyətin qlobal donorlar və dövlət səviyyəsində daha məqsədyönlü müdaxilələr tələb etdiyini vurğulayırlar.

Chosen
20
azedu.az

1Sources