EN

Meyvə və giləmeyvə şişkinlik yarada bilər

Azpost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Foodinfo.az bildirir ki, dietoloq və qidalanma üzrə mütəxəssis Nadejda Litvinova-Qrazion mövsümi meyvə və giləmeyvələrin bəzi insanlarda şişkinliyə səbəb ola biləcəyini deyib.

Onun sözlərinə görə, xüsusilə şəkər miqdarı yüksək, lif tərkibi isə az olan məhsullar – məsələn, qarpız və qovun – bu problemi daha da gücləndirə bilər.

Mütəxəssis izah edib ki, bu meyvələrdəki fruktoza bəzən tam sorulmur. Əgər bir dəfəyə çox miqdarda meyvə yeyilərsə, fruktoza bağırsaqlarda fermentləşməyə başlayır və nəticədə qaz və şişkinlik yaranır. Bu proses bədəndə narahatlıq hissi yaradır və həzm sisteminə əlavə yük düşür.

Dietoloq hesab edir ki, bu halların qarşısını almaq üçün pəhrizdə meyvə və giləmeyvələrin miqdarını tədricən artırmaq daha doğrudur. Bu, bağırsaq mikroflorasının adaptasiyasına imkan verir və şişkinlik riskini azaldır.

Eyni zamanda qastroenteroloq Evgeniya Zarubina da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, çox miqdarda lif ehtiva edən paxlalı bitkilər də oxşar təsir göstərə bilər. Bağırsaqlarda lifin parçalanması zamanı bəzi bakteriyalar qaz əmələ gətirir ki, bu da şişkinliklə müşayiət oluna bilər.

Mütəxəssislər tövsiyə edirlər ki, qida rasionunda balans qorunmalı, porsiyalar tədricən artırılmalı və həssas insanlar bəzi meyvələri diqqətlə seçməlidirlər.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
azpost.info

2Sources