“Neftçi”yə yeni baş məşqçi təyin olunub.
Söhbət futzal üzrə Yüksək Liqada çıxış edən komandadan gedir.
Bundan sonra “ağ-qaralar“ı Fuad Rzayev çalışdıracaq. İndiyədək bir çox klubda işləmiş və “Böyrək Fuad“ ləqəbiylə tanınan mütəxəssis paytaxt təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Ona qədər İlkin Hacıyev “Neftçi“nin sükanı arxasında dayanıb.
O, son iki mövsümdə «ağ-qaralar»ı çalışdırıb. Komanda hər iki çempionatda üçüncü yeri tutub.
Klub rəhbərliyini də elə bu narazı salıb. Hacıyevdən ən pis halda gümüş medal gözləyiblər, olmayıb.
«Neftçi» turnir cədvəlində «Araz-Naxçıvan» və «Baku Fire»dən geri qalıb.
SPORTİNFOAZ