Suya tullanma üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası 12-ci Sofiya Suya Tullanma Kubokunda çıxışını başa vurub.
Apasport.az xəbər verir ki, yarışda ölkəmizi Aminə Həsənbəyova, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva və Muhamməd Hüseynov təmsil ediblər.
Onları baş məşqçi Anton Melnikov müşayət edib.
Azərbaycan idmançılarıyla bərabər Bolqarıstan, Almaniya, Litva, Macarıstan, Norveç, Rumıniya, Serbiya, Xorvatiya, Türkiyə və Yunanıstan təmsilçilərinin iştirak etdiyi turnirdə komandamız 3 qızıl medal qazanmağa nail olub.
Ölkəmizin aktivinə hər üç medalı Maqsud Tahirli yazdırıb. O, 1 və 3 metrlik tramplindən, eləcə də 5 metrlik platformadan tullanışlarda bütün rəqiblərini üstələyərək fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, yarışda ümumilikdə 160-dan çox idmançı mübarizə aparıb.
Piastri növbəti çempionluğunu qazandı
Azərbaycan idmançıları xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak ediblər
Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarına lisenziya qazanıb
BOK-un prezidenti istefa verib
Danimarka Avropa çempionu olub