EN

BEA: Ötən ay Azərbaycan OPEC+ üzrə hədəfindən gündəlik 70 min barel geridə qalıb

BAKI, 11 iyul. TELEQRAF

2025-ci ilin iyununda Azərbaycanda gündəlik neft hasilatı 460 min barel təşkil edib. Bu göstərici mayda gündəlik 470 min barel olub.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında qeyd edilib.

Hesabata əsasən, Azərbaycan OPEC+ üzrə hədəfindən gündəlik 90 min barel geridə qalıb.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir.

Chosen
23
1
teleqraf.com

10Sources