Kandil dağlarının Jesana bölgəsində PKK üzvlərinin silah təhvilvermə prosesi çərçivəsində növbəti mərhələ başa çatıb.
Musavat.com xəbər verir ki, bu dəfə 30 PKK üzvü könüllü şəkildə təslim olaraq silahlarını təhvil veriblər.
Simvolik mərasim zamanı təhvil verilən silahlar böyük metal qazanda yandırılıb. Bu rəmzi addım prosesin dinc şəkildə aparıldığını və qarşılıqlı anlaşma ruhunda həyata keçirildiyini göstərmək məqsədi daşıyır.
Proses Türkiyə tərəfindən də yaxından izlənilib. Jesana bölgəsində keçirilən mərasimdə 150 nəfərlik türk nümayəndə heyətinin iştirak etdiyi bildirilib.
Qeyd edək ki, PKK-nın silahları təhvil verməsi prosesi sentyabr ayının sonlarına qədər tam şəkildə yekunlaşdırılacaq. Bu proses regionda sülh və sabitlik istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir.