"Qarabağ"dan ayrılan Redon Cicanın “SSPA Şabab Riadi Beluizdad”a transferi rəsmiləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə Əlcəzair təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı albaniyalı hücumçu ilə 2 illik müqavilənin imzalandığı açıqlanıb.
2023-cü ilin yanvarından bu yayadək "Qarabağ"ın formasını geyinən Cica 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 qol ötürməsi verib.