EN

“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Müəyyən edilib ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzeti redaksiyasının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti təmin etməlidir

Yaradılan məhdud məsuliyyətli cəmiyyətlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi”, “Respublika” qəzetlərinin və “Xalq qəzeti”nin redaksiyaları fəaliyyətlərini davam etdirəcəklər.

Chosen
23
28
baki-xeber.com

10Sources